“Timsah Gena” mahnısının müəllifi vəfat edib - VİDEO
Maraqlı
19:27 07 yan, 2022
Ssenaristin ölüm səbəbləri hələlik açıqlanmayıb
“Çeburaşka” cizgi filmindən “Timsah Gena”nın mahnısının yaradıcısı kimi tanınan sovet və rus şairi, ssenarist Aleksandr Timofeyevski vəfat edib.
Qazet.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Bu barədə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov “Facebook” səhifəsində yazıb.
Ssenaristin ölüm səbəbləri hələlik açıqlanmayıb.
Kapkovun sözlərinə görə, Timofeyevski çoxları tərəfindən sevilən bir şair olmaqla yanaşı, animasiya filmlərinin ərsəyə gəlməsində müstəsna xidmətləri olub.
“Şairin bəstələdiyi “Pust bequt neuklyuje” (“Timsah Gena”nın mahnısı) musiqisi hər bir sovet insanının himninə çevrilib”, - deyə Kapkov vurğulayıb.