Bakı 5˚C Mostly cloudy

Tixanovskayanın həyat yoldaşı həbs edildi

Gündəm 10:12 15 dek, 2021

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Tixanovskayanın həyat yoldaşı həbs edildi

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski bir sıra cinayətlərə, o cümlədən, kütləvi iğtişaşların təşkilinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Qazet.az” xəbər verir ki, bu barədə belaruslu bloqer Sergey Tixanovskinin vəkili Viktor Matskeviç bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

"Sergey 18 il müddətinə azadlıqdan məhrum edilib. Biz bu qərara etiraz etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyik”, - Matskeviç vurğulayıb.

rbk