Tokayev: Almaniya Qazaxıstanın Avropa İttifaqında əsas tərəfdaşıdır
Qazaxıstan prezidenti Almaniyanın yeni kanslerini uyğun vaxtda Nursultana rəsmi səfərə dəvət edib.

Almaniyanın yeni kanslerini təbrik edən Qazaxıstan prezidenti bu ölkəni Qazaxıstanın Avropa İttifaqında əsas tərəfdaşı adlandırıb.
Qazet.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Almaniyanın yeni kansleri Olaf Şultsa göndərdiyi məktubda onu siyasi həyatda yeni mərhələnin başlanması münasibətilə təbrik edib.
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev deyib: “Bu tarixi fakt alman cəmiyyətinin Şultsa inamını, eləcə də ölkənin siyasi və iqtisadi inkişaf konsepsiyasının reallaşdırılmasına və beynəlxalq dəhlizlərdə milli maraqların təşviqinə sadiqliyini açıq şəkildə göstərir”.
Tokayev bildirib ki, Almaniya Qazaxıstanın Avropadakı əsas tərəfdaşıdır, Nursultanla və Berlin arasında strateji tərəfdaşlığın dinamik inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Qazaxıstan prezidenti qeyd edib ki, “Qazaxıstan – Almaniya”, eləcə də “Mərkəzi Asiya – Avropa İttifaqı” formatında çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bu bu alman siyasətçi ilə birbaşa dialoqa hazırdır.
Qazaxıstan prezidenti Almaniyanın yeni kanslerini müvafiq vaxtda Nursultana rəsmi səfərə dəvət edib.