Tokio-2020: 6 idmançıda dopinq aşkarlanıb
İdman
17:33 13 sen, 2021
Bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) məlumat yayıb
Tokio-2020 Yay Olimpiya Oyunlarında indiyədək 6 dopinq pozuntusu qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) məlumat yayıb.
Həmin şəxslərin nəticələri ləğv edilib. Ümumilikdə, Tokio olimpidasının antidopinq proqramı çərçivəsində 171 ölkənin 4255-dən çox idmançısından 6200 nümunə götürülüb.
Testlərin 34,6 faizi müsabiqədənkənar, 65,4% -i müsabiqə dövründə olub.