Bakı 10˚C Intermittent clouds

Tom Kruz 60 yaşını qeyd edir - FOTO

Maraqlı 19:42 03 iyl, 2022

Bir müddət ofisant köməkçisi işlədikdən sonra Los-Ancelesə gedib orada özünü televiziya rollarında sınamaq qərarına gəlib

Tom Kruz 60 yaşını qeyd edir - FOTO

İllədir Hollivudun seks simvolu adlandırılan aktyor Tom Kruz bu gün 60 yaşını qeyd edir.

Qazet.az xəbər verir ki, Tomas Kruz Mapoter 3 iyul 1962-ci ildə Sirakuzada (Nyu York) mühəndis və müəllim ailəsində anadan olub. Dramaturgiya ilə ilk dəfə ilk dəfə dördüncü sinifdə məşğul olmağa başlayan aktyor altı uşaqla birlikdə ibtidai məktəb teatr festivalında ekspromt tamaşa oynayıb.

 18 yaşı olanda Kruz peşəkar aktyor olmaq üçün Nyu-Yorka köçüb. Bir müddət ofisant köməkçisi işlədikdən sonra Los-Ancelesə gedib orada özünü televiziya rollarında sınamaq qərarına gəlib.

Onun debütü “Sonsuz Sevgi” (1981) filmindəki kiçik rolu olub. 1996-cı ildə Kruz “Missiya: Mümkünsüz” filmində super casus Etan Hant rolunu oynayıb. Ekran işi böyük uğur qazansa da, Kruuzun aktyorluq məharətinin zirvəsi onun bir çox mükafatlarla yadda qalan “Maqnoliya” dramındakı obrazı hesab olunur. Kruz üç Qızıl Qlobus Mükafatının laureatıdır. O, üç dəfə də Oskar mükafatına namizəd olsa da, hələ də arzuladığı heykəlciyi almayıb. Amma əvəzində 2018-ci ildə o, “Ən mənfi aktyor” nominasiyasında (The Mumiya filmindəki roluna görə) Qızıl Moruq Mükafatına layiq görülüb.

Qeyd edək ki, aktyor üç dəfə evli olub. Onun birinci nikahı Mimi Rodcerslə, 10 il davam edən ikinci nikahı Nikol Kidmanla olub. 2006-cı ildə isə o, İtaliyada Keti Xolmsla evlənib. Bu evlilikdən cütlüyün Suri adlı qızı var. Kruzun bu evliliyi də əbədi olmayıb və 2012-ci ildə Ketidən də ayrılıb.

Saysız-hesabsız filmlərdəki rolları üçün cildən-cildə girə bilən aktyorun karyerası ərzində ən yaddaqalan fotoları təqdim edirik.