Bakı 15˚C Mostly sunny

Tom Kruz təyyarədən tullandı - Video

Maraqlı 00:38 21 dek, 2022
Tom Kruz təyyarədən tullandı - Video

Hollivud ulduzu Tom Kruz sosial şəbəkə paylaşımıyla gündəmə gəlib.

Qazet.az xəbər verir ki, aktyor baş rolunu canlandırdığı "Top Gun Maverick" filmini izləyən pərəstişkarlarına fərqli formada təşəkkür edib.

O, təyyarədən tullandığı zaman çəkdiyi görüntüdə bunları dilə gətirib:

"Dəstək olduğunuz üçün çox sağ olun. Sizi əyləndirməyə icazə verdiyiniz üçün təşəkkür edirəm. Bu həyatımın ən böyük qürurudur. Bəli, çox şanslıyam".