Tonoyan Paşinyanı şantaj edir - Kartlar üzə çıxacaq
Ermənistanın keçmiş müdafiə naziri Paşinyanı hədələyib
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkilləri, Tonoyan azadlığa buraxılmasa, əlində olan konkret məlumatları açıqlayacağı haqda açıq mesaj veriblər.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Hayastan fraksiyasından olan millət vəkili, vəkil Aram Vardevanyan jurnalistlərə keçmiş nazirin vəkillər qrupunun açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, müdafiə tərəfi işin apellyasiya məhkəməsinə göndərilməsini istəmir. Vardevanyan deyib ki, əks halda, Tonoyan bütün kartlarını üzə çıxarmaq məcburiyyətində qalacağını deyib.
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan təxminən 4,5 milyon ABŞ dolları mənimsəməkdə, saxtakarlıq və ictimai təhlükəli hərəkətlərində təqsirləndirilir. Tonoyan isə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü günahkar bilmir.