Topxana meşəsi bərpa olunacaq
1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb.
Qazet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsi nə başlanıb. Həmçinin ərazidə ağac toxumları da səpilib.
"Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək" deyən X.Hüseynov qeyd edib ki. ilkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya Nazirliyi əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək.
"Nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün həmçinin Türkiyədən 49 min ting gətirilib", - deyə Xalıqverdi Hüseynov əlavə edib.