Bakı 25˚C Mostly sunny

Tacikistan-Qırğızıstan sərhədində TOQQUŞMA: 24 ölü, 87 yaralı (YENİLƏNDİ)

Xəbərlər 01:07 17 sen, 2022
Tacikistan-Qırğızıstan sərhədində TOQQUŞMA: 24 ölü, 87 yaralı (YENİLƏNDİ)

Tacikistanla sərhədində baş verən münaqişə nəticəsində Qırğızıstanda 87 nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Daha əvvəl 55-ə yaxın yaralı və iki nəfərin öldüyü bildirilirib.

Qurbanların əksəriyyətinin bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

xxx

Qırğızıstan-Tacikistan sərhədində baş vermiş toqquşmalar zamanı azı 24 nəfər ölüb. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, 12 meyit Batken Regional Birləşmiş Xəstəxanasında, 10 nəfər Leylek Ümumi Tibb Təcrübə Mərkəzində, 2 nəfər isə Kulundu Ümumi Tibb Təcrübə Mərkəzində qəbul edilib.