Torontoda atışma: 1 nəfər öldü
Gündəm
22:45 19 sen, 2021
Təcili yardımın gəlişinə qədər onlardan biri həyatını itirib.
Kanadanın Toronto şəhərində baş verən silahlı atışma nəticəsində bir nəfər ölüb, 2-i isə xəsarət alıb.
Qazet.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
İnsident şəhərin mərkəzində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları üç yaralını aşkar ediblər.
Təcili yardımın gəlişinə qədər onlardan biri həyatını itirib.
Hadisənin səbəbləri araşdırılır.