“Tottenhem” yeni baş məşqçisini açıqlayıb
Gündəm
18:37 02 noy, 2021
Premyer Liqa klubu Antonio Konteni bu posta gətirdiyini açıqlayıb

“Tottenhem”in yeni baş məşqçisi rəsmən müəyyənləşib.
Qazet.az-ın məlumatına görə, Premyer Liqa klubu Antonio Konteni bu posta gətirdiyini açıqlayıb.
İtaliyalı mütəxəssislə aparılan danışıqlar artıq müsbət yekunlaşıb və o, londonlularla 2023-cü ilin yayına qədər nəzərdə tutulan sazişə qol çəkib.
Qeyd edək ki, “Tottenhem” uğursuz nəticələrdən sonra baş məşqçi Nuno Eşpirito Santonu dünən istefaya göndərib.