Bakı -11˚C Rain and snow

Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Hadisə 22:24 03 yan, 2023
Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qazet.az-ın məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə digər minik maşınının toqquşması nəticəsində Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü E.Həsənov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.