Bakı 22˚C Mostly sunny

Tovuzda su kranlarından lil gəlir - VİDEO

Cəmiyyət 18:57 20 sen, 2021

Bir sıra ərazilərdə isə ümumiyyətlə içməli su yoxdur

Tovuzda su kranlarından lil gəlir -<span style="color:red"> VİDEO</span>

Tovuzun Aşağı Quşçu kəndinin içməli su ilə təchizatında problem yaşanır.

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, kəndin bəzi hissələrində borulardan çirkli su gəlir.

Bir sıra ərazilərdə isə ümumiyyətlə içməli su yoxdur.

Sakinlər iddia edir ki, bu vəziyyət bir müddətdir davam edir.

Mövcud vəziyyətdən çıxış yolu axtaran sakinlər bəzən özləri su xətlərini təmizlədiklərini deyirlər. Amma bu da çox zaman effektiv olmur.

Məsələ ilə bağlı 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, sonuncu güclü yağış və sel Zəyəm çayında olan içməli su şəbəkələrində problemlər yaradıb. Nəticədə  kəndi içməli su ilə təmin edən 530 mm-lik Tovuz xəttinin bir hissəsi zədələnib və şəbəkəyə bulanıq su daxil olub. Hazırda bu istiqamətdə idarənin texnika və canlı qüvvəsi səfərbər edilib. Yaxın günlərdə mövcud problem aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: