Bakı 25˚C Sunny

Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - AÇIQLAMA

Hadisə 12:06 23 noy, 2021

Fotonun Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi qeyd edilib

Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - <span style="color:red">AÇIQLAMA</span>

Tovuzda azyaşlı uşağın gecə saatlarında küçədə yatmağa məcbur edildiyi iddia olunur.

Qazet.az xəbər verir ki, bu barədə foto və iddialar sosial şəbəkələrdə paylaşılıb. Fotonun Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi qeyd edilib.

İddia edilir ki, hər gün gecə saatlarında azyaşlı oğlan soyuqda üşüyərək bükülmüş halda burada yatır. Azyaşlını həmin əraziyə anasının gətirdiyi deyilir. Uşağın hər gün gecə saat 01:00 radələrində burada olduğu deyilir.

Qadına dəfələrlə bununla bağlı irad tutulduğu deyilsə də, o, ətrafdakı insanların iradlarına məhəl qoymayıb.

Sosial şəbəkə istifadəçiləri uşağı bu vəziyyətdə tərk edən şəxsin kimliyindən asılı olmayaraq məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılması ilə bağlı çağırışlar ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan Qazet.az-a verilən məlumata görə, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.