Bakı 17˚C Mostly cloudy

Toy şənlikləri ilə bağlı monitorinq keçirilib

Gündəm 12:14 09 dek, 2021

Monitorinq toy şənliklərinin keçirildiyi müxtəlif məkanlarda aparılıb

Toy şənlikləri ilə bağlı monitorinq keçirilib

Ötən gün Daxili İşlər nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.  

Qazet.az xəbər verir ki, monitorinq 129 şadlıq sarayında, altı şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– Altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.