Toyda dəhşətli hadisə yaşandı - 8 nəfər öldü
Gündəm
11:27 18 dek, 2021
Ölənlərin sayının artacağı istisna olunmur

Pakistanın Pencab əyalətində toy mərasimi zamanı dəhşətli hadisə baş verib
Qazet.az xəbər verir ki, sürətlə hərəkət edən avtobus toya yığışmış kütləyə çırpılıb və hadisə nəticəsində 8 nəfər həlak olub, 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Polisin məlumatına görə, avtobus nasazlıq səbəbindən idarəetmədən çıxıb. Xilasedicilər yerli əhalinin köməyi ilə zərərçəkənləri xəstəxanaya çatdırıblar. Ölənlərin sayının artacağı istisna olunmur.