Bakı 3˚C Partly sunny

“Trabzonspor" səfərdə məğlub oldu

İdman 11:32 12 dek, 2021

Antalya təmsilçiləri qonaqları 2:1 hesabı ilə məğlub edib

“Trabzonspor" səfərdə məğlub oldu

Futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor" səfərdə "Antalyaspor”un qonağı olub.

Qazet.az xəbər verir ki, bu görüşdə Antalya təmsilçiləri qonaqları 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə "Konyaspor" səfərdə "Fatih Karagümrük"ü 4:1 hesabı ilə udub. "Başakşəhər" doğma meydanda "Kasımpaşa" 2:1 hesabı ilə üstələyib. "Rizəspor" isə doğma divarlar arasında "Göztəpə"yə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir.