Bakı 17˚C Cloudy

"Traktor" qələbə qazandı

İdman 18:00 06 yan, 2023
"Traktor" qələbə qazandı

“Traktor” futbol klubu əzəli rəqibi “İstiqlal”a qalib gəlib.

Qazet.az xəbər verir ki, Təbriz təmsilçisi İran çempionatının XV turunda qəbul etdiyi “İstiqlal”ı 2:0 hesablı məğlubiyyətə uğradıb.

Hər iki qola 25 yaşlı yarımmüdafiəçi Məhəmməd Qənbəri imza atıb. Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Traktor” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.