Bakı 2˚C Intermittent clouds

Tramp ABŞ-ın gülüş obyektinə çevrildiyini bildirdi

Gündəm 11:33 13 okt, 2021

Bunu keçmiş ABŞ Prezidenti Donald Tramp deyib

Tramp ABŞ-ın gülüş obyektinə çevrildiyini bildirdi

ABŞ demokratların hakimiyyətə gəlməsindən sonra dünya ictimaiyyəti üçün gülüş obyektinə çevrilib.

Qazet.az-ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Bizim ölkəmiz bütün dünyada gülüş obyektidir və artıq möhtəşəm bir ölkə deyil".

Keçmiş prezident həmçinin tərəfdarları ilə birlikdə "Amerikanı yenidən möhtəşəm edəcəyinə" söz verdi.

D.Tramp ABŞ-ın əsas problemləri kimi cənub sərhədindəki miqrantlarla bağlı vəziyyəti, ölkənin hərbi gücünün azalmasını və koronavirusa yoluxma hallarının yüksək olduğunu vurğulayıb.