Tramp: Əfqanıstandan çıxmadıq, təslim olduq.
Gündəm
14:06 05 noy, 2021
Tvitterdə yayılan videoda Tramp Əfqanıstan hadisələri ilə bağlı deyib:
ABŞ-ın sabiq prezidenti Donald Tramp dünən 2020-ci il seçkilərinin ildönümü münasibətilə videoformatda çıxış edib və yeni hökuməti tənqid edib.
Tvitterdə yayılan videoda Tramp Əfqanıstan hadisələri ilə bağlı deyib: “Sərhədlərə baxın, iqtisadiyyata baxın, inflyasiyaya baxın, Əfqanıstandan çıxmağa baxın ki, çox ürəkdağlayandır. Bu hətta tərk etmə belə deyildi, silahı olmayanların qarşısında təslim olmaq idi. Səksən beş milyard dolları və 13 əsgəri də itirdik. Çoxları da ağır şəkildə yaralandı və yüzlərlə insan tərk etmə zamanı öldürüldü. Düşünürəm ki, ölkəmizin tarixində heç vaxt bu vəziyyətdən aşağı səviyyəyə düşməmişik”.