Bakı 22˚C Partly sunny

Tramp populyarlıqda Baydeni ötdü

Gündəm 11:47 21 okt, 2021

Keçirilən sorğunun nəticələri belə deməyə əsas verir

Tramp populyarlıqda Baydeni ötdü

ABŞ-ın keçmiş prezidenti Donald Tramp populyarlığına görə hazırkı dövlət başçısı Baydeni arxada qoyub.

Qazet.az TASS-a istinadən xəbər verir ki, Kvinnipeks Universitetinin ölkə əhalisi arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.

Sorğuya əsasən, hazırda amerikalıların 39%-i Trampa, 38%-i isə Baydenə müsbət yanaşır.

Buna baxmayaraq, eks-prezidentin antireytinqi daha yüksək olaraq qalır. Respondentlərin 52%-i respublikaçı, 50%-i isə demokrat prezidentin fəaliyyətinə mənfi rəy veriblər.