Tramp yeni sosial media platformasını işə salacaq
Trampın yanvar ayında tərəfdarlarının izdihamı ilə ABŞ Konqresinə basqın etdikdən sonra tvitter və feysbuk kimi sosial şəbəkələrə girişi qadağan edilib

ABŞ -ın keçmiş prezidenti Donald Tramp, “TRUTH Social" adlı yeni bir sosial media şəbəkəsi qurmaq planlarını açıqlayıb.
Platformanın ABŞ-ı müxalif səsləri susdurmaqda günahlandıraraq "böyük texnologiya zülmünə qarşı çıxacağını" bildirilib.
Trampın sədrlik etdiyi “Media & Technology Group (TMTG)” tələbə uyğun olaraq video abunə xidməti təqdim etmək niyyətindədir.
Keçmiş prezident Tramp, yanvar ayında tərəfdarlarının izdihamı ilə ABŞ Konqresinə basqın etdikdən sonra tvitter və feysbuk kimi sosial şəbəkələrə girişi qadağan edilib və ya dayandırılıb.
O və məsləhətçiləri həmin zamandan bəri hazırki sistemə rəqib bir sosial media saytı yaratmağı planlaşdırdıqlarını bildirib.
“TMTG” -dən verilən açıqlamaya görə, “TRUTH Social” adlı şəbəkənin erkən versiyası gələn ay dəvət olunan qonaqlara açıq olacaq və 2022-ci ilin ilk üç ayı ərzində "ümummilli bir satışa" çıxacaq.
“Biz “Taliban”-ın tvitter -də aktiv olduğu bir dünyada yaşayırıq, amma ən çox sevdiyiniz Amerika Prezidenti susdurulub" deyə keçmiş Respublikaçı prezident Tramp vurğulayıb.