Bakı 7˚C Mostly cloudy

Trampın ailəsi cinayət məsuliyyətinə cəlb oluna bilər

Siyasət 09:55 07 dek, 2022
Trampın ailəsi cinayət məsuliyyətinə cəlb oluna bilər

ABŞ-nin keçmiş prezidenti Donald Trampın ailəsi cinayət məsuliyyətinə cəlb oluna bilər. 

Qazet.az xəbər verir ki, buna səbəb onun ailə biznesində cinayət hallarının aşkarlanmasıdır.

Trampın atası tərəfindən yaradılan və keçmiş prezidentin onilliklər ərzində sahib olduğu “Trump Organization” vergi fırıldaqçılığı, sui-qəsd və biznes qeydlərinin saxtalaşdırılması da daxil olmaqla 17 müxtəlif cinayətdə günahkar bilinib.

Biznes 2021-ci ilin iyul ayında uzun müddətdir maliyyə direktoru olan Allen Vayselberq ilə birlikdə ittiham edilib.

Qeyd edək ki, araşdırmalar getsə də, nə Tramp, nə də onun ailəsinə qarşı cinayət işi açılmayıb.