Trampın gizlətdiyi sənədlər ortaya çıxdı - FOTO
Siyasət
16:12 31 avq, 2022
ABŞ Ədliyyə Departamentinin rəsmiləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə iyun ayında FTB-nin axtarış apararkən sənədləri gizlətdiyini bildirib.
Qazet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məhkəmə iddiasında rəsmilər "hökumətin araşdırmasına mane olmaq üçün səylər göstərildiyini" söylədi.
Onlar iddia edirdilər ki, Tramp malikanəsindəki axtarış aparmağı agentlərə qadağan edib.
Qaydalara əsasən, ABŞ prezidentləri bütün sənədlərini və e-poçtlarını Milli Arxiv adlı dövlət qurumuna ötürməlidirlər.
Bununla belə Donald Tramp hər hansı qanun pozuntusunu rədd edib və sənədləri məxfilikdən çıxarıldığını bildirib.