Trampın sosial şəbəkəsini konqresmen idarə edəcək - FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaratdığı sosial şəbəkəyə kimim rəhbərlik edəcəyi bilindi
Təcrübəli konqresmen Devin Nunes vəzifəsini tərk edəcək və ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaratdığı sosial şəbəkəyə rəhbərlik edəcək.
Bu barədə “Trump Media & Technology Group” (TMTG) bəyanat yayıb.
Hazırda siyasətçi Palatada nümayəndə kürsüsündədir. Onun 2022-ci ilin yanvarında istefa verəcəyi və şirkətə baş direktor kimi qatılacağı gözlənilir.
“Devin başa düşür ki, biz liberal media və texnologiya nəhənglərin azadlıqları - hansı ki, ABŞ-ın möhtəşəmliyi də bundadır, məhv etməsinə mane olmalıyıq”, - deyə Tramp bildirib.
Nunes, öz növbəsində, senzura olmadan fikir və ifadələrin sərbəst axınını təmin edəcəyinə söz verib.
Daha əvvəl məlum olmuşdu ki, “Trump Media & Technology Group” bir milyard dollar investisiya cəlb edib. Pul TRUTH sosial şəbəkəsinin yaradılmasına sərf olunacaq. Trampın fikrincə, bu cür investisiyalar ABŞ-ın senzuradan və siyasi ayrı-seçkilikdən bezdiyini göstərir.
Xatırladaq ki, oktyabrda eks-prezident liberal mediaya rəqib yeni sosial şəbəkənin yaradıldığını bəyan edib.
“Biz elə bir dünyada yaşayırıq ki, Talibanın “Twitter”də böyük mövcudluğu var, ancaq sizin sevimli ABŞ prezidentiniz susdurulur. Bu qəbuledilməzdir”, - deyə Tramp bildirib.