Bakı -5˚C Cloudy

"Trendyol"un fəaliyyətinin araşdırılmasına başlanılıb

Gündəm 13:40 01 okt, 2021

 Rəqabət qanunvericiliyini pozmaqda şübhəli bilinir

"Trendyol"un fəaliyyətinin araşdırılmasına başlanılıb

Türkiyənin Rəqabət Qurumu "Trendyol" əmtəə nişanının sahibi olan “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret Anonim Şirkəti”nin fəaliyyətini araşdırmağa başlayıb.

Qazet.az türk mətbuatına istinadən xəbər verir ki, onlayn platforma malını satmaq istəyən şirkətlərə eyni yanaşmamaqda, rəqabət qanunvericiliyini pozmaqda şübhəli bilinir.

İlkin araşdırma nəticəsində məlum olub ki, "Trendyol" digər şirkətlərin mallarının satışına vasitəçilik etdiyi halda, özünün "TrendyolMilla", "TrendyolMan" və "TrendyolKids" kimi brendlərinə üstünlük hüququ tanıyır, bunun üçün proqram təminatının alqoritmlərini müdaxilə edir.