"Trendyol"un siması olmaq Tarkana 15 milyon qazandıracaq
Maraqlı
12:15 28 okt, 2021
Türkiyəli müğənni onlayn alış-veriş portalından milyonlar qazanacaq
Türkiyəli müğənni Tarkan "Trendyol" onlayn alış-veriş portalının siması olacaq.
Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni reklam çəkilişindən 15 milyon lirə qazanacaq. Tarkan "Trendyol" ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, təklif daha öncə Mustafa Sandala edilib. Müğənni başqa bir reklamda rol aldığı üçün istəyi rədd edib.