Tunisdə etirazlar baş verib
Gündəm
16:48 15 noy, 2021
Daxili İşlər nazirliyi üzərində soyuq silah olan bəzi şəxslərin saxlanılması barədə məlumat yayıb
Tunislilər ölkədə etiraza qalxıblar.
Qazet.az ərəb mediasına istinadən xəbər verir ki, tunislilər ölkə prezidentinin son qərarlarına etiraz olaraq Bardo meydanına və parlament binasının önünə toplaşıblar. Siyasi fəalların və müxalif partiyaların üzvləri də onlara qoşulub, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Təhlükəsizlik qüvvələri də kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Onlar etirazçıları mühasirəyə alaraq müxaliflərin Bardo meydanı və parlament binası qarşısında yığışmasına mane olmağa çalışıblar. Nəticədə polislərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.