Bakı 4˚C Cloudy

Tural Gəncəliyev: "Erməni əsilli vətəndaşlarımızın üçün erməni dili kursları təşkil edirik"

Siyasət 15:13 13 okt, 2021

Bu barədə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirib

Tural Gəncəliyev: "Erməni əsilli vətəndaşlarımızın üçün erməni dili kursları təşkil edirik"

“Qarabağa dönüş” İctimai Birliyi (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edir.

Qazet.az-ın məlumatına görə, bu barədə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirib.

“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, - deyə T. Gəncəliyev qeyd edib.(APA)