"Turan Tovuz"un legioneri milliyə çağırıldı
İdman
12:12 15 noy, 2022
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə çağırılıb.
Qazet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin kapitanı noyabrın 17-də Mozambik, noyabrın 20-sində isə Anqolaya qarşı oyunlar üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi bu ilin yayından "Turan Tovuz"da çıxış edir.