Turistləri daşıyan gəmi çayda batdı: Ölənlər və itkin düşənlər var
Gündəm
02:06 17 okt, 2021
Turistləri daşıyan gəmi batıb

Braziliyada Paraqvay çayında turistlərə xidmət göstərən gəminin qəzaya uğraması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər itkin düşüb.
Qazet.az-ın məlumatına görə, göyərtəsində 21 nəfər turistin olduğu gəmi güclü külək səbəbindən çevrilərək batıb.
Qeyd olunur ki, turistlər çaya balıq tutmaq məqsədi ilə gediblər. Hadisə yerində xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.