Bakı 7˚C Sunny

Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşdı

Biznes 13:23 06 iyl, 2022

"HaberGlobal" bu barədə məlumat verib

Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşdı

Dolların məzənnəsi türk lirəsi qarşısında yenidən artıb.

Qazet.az xəbər verir ki, bir dollar bu gün 17,0369 türk lirəsinə satılıb, avro isə 17,457 lirəyə ticarət edilib.

Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY indeksi 106,362 ilə son beş ilin ən yüksək səviyyəsinə çatıb.

Avro isə dollar qarşısında 20 ilin aşağı səviyyəsinə çataraq əmsalı haradasa 1-ə yaxınlaşıb. Avronun dollar qarşısında ucuzlaşmasının səbəblərindən biri də ECB-nin monetar sərtləşdirmədə FED-dən geri qalmasıdır.