Türk ordusu daha 4 terrorçunu məhv etdi
Gündəm
00:14 31 yan, 2022
Terrorçuların hücum cəhdlərinə qarşı cavab tədbirləri davam edir.

Türkiyə Silahlı Qüvvələri PKK-nın daha 4 terrorçusunu zərərsizləşdirib.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat terrorçuların daxil olmağa çalışdığı "Barış Pinarı" bölgəsində baş tutub.
Terrorçuların hücum cəhdlərinə qarşı cavab tədbirləri davam edir.