Bakı -1˚C Rain

Türk ordusu PKK-nın "alınmaz qalasını" ələ keçirdi 

Gündəm 23:39 04 okt, 2021

Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.

Türk ordusu PKK-nın "alınmaz qalasını" ələ keçirdi 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK/KCK terror təşkilatına daha bir güclü zərbə endirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, İraqın şimalında davam edən “Pəncə-Şimşək" antiterror əməliyyatlarının aparıldığı Avaşin-Basyan bölgəsində PKK/KCK terror təşkilatı üzvlərinin “alınmaz” hesab etdikləri “şərq qərargahı” ələ keçirilib.

Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.