Bakı 27˚C Mostly cloudy w/ showers

Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Fəxri xiyabanı ziyarət edib

Gündəm 11:32 01 noy, 2021

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər

Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Fəxri xiyabanı ziyarət edib

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Qazet.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Qeyd edək ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edəcək.