Türk Şurasında Azərbaycan şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib
Siyasət
14:10 27 sen, 2021
Türk Şurasının xarici işlər nazirləri Azərbaycan şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər
Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Qazet.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Daha sonra toplantı iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. /Report