Bakı 4˚C Intermittent clouds

Türk Şurasının adı dəyişdiriləcək - Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq

Gündəm 19:57 14 sen, 2021

Bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək

Türk Şurasının adı dəyişdiriləcək - Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq".

Qazet.az-ın xəbərinə görə, bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək: "Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq".