Bakı 2˚C Mostly cloudy

Türk Şurasının sammitində "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq

Siyasət 13:35 12 noy, 2021

VIII Zirvə görüşündə "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq

Türk Şurasının sammitində "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq".

Qazet.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sammitdə qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağını xatırladan nazir bunun böyük önəm daşıdığını vurğulayıb: "Köklərimiz eyni olduğu kimi, gələcəyə istiqamətlənmiş baxışımız da eyni olmalıdır".

Qeyd edək ki, Zirvə toplantısı Mərmərə dənizində yerləşən Demokratiya və Azadlıqlar adasında keçiriləcək. Bu adanın əvvəlki adı Yassada olub. Yassada 1960-cı ildə hərbi çevriliş nəticəsində devrilmiş Baş nazir Adnan Menderes, Prezident Cəlal Bayar və digər hökumət üzvlərinin məhkəməsinin keçirildiyi yer kimi məşhurdur.