Bakı 10˚C Dreary

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Gündəm 18:49 22 okt, 2022
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Burada yarışmaqdan məmnunuq. Azərbaycana 2 gün öncə gəlmişik. Zəngilan Hava Limanının da açılış mərasimi var idi. Prezident Rəcəb Tayyib Ərdoğanın, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun salamlarını sizə çatdırmaq istəyirəm".

Qazet.az-ın məlumatına görə, bunu Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Alper Cavit Kabakçı "Mingəçevir Reqata"sı barədə jurnalistlərə açıqlamasında deyib.

Funksioner burada olduqları üçün qürur duyduqlarını bildirib: "Dünən işğaldan azad olunmuş Suqovuşanda mübarizə apardıq. Orada bir çox şəhid verdiyimizi öyrəndik. Onları dərin ehtiramla yad edirik. Bu yarışın təşkilinə görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, gənclər və idman naziri Fərid Qayıbova, Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAD) prezidenti Vüqar Əhmədova təşəkkür edirəm. Burada 13 ölkə mübarizə Dünən idmançılarımız qızıl medal qazandır. "Bir millət, iki dövlət" şüarı ilə Can Azərbaycanda olduğumuz üçün sevincliyik".

Kabakçı bundan sonra iki ölkə federasiyası arasında gözəl layihələr həyata keçiriləcəyini vurğulayıb: "İki ölkənin idmançıları Azərbaycan və Türkiyədə birgə təlim-məşq toplanışı keçəcək. Gələn ilin mayında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş daha böyük yarış təşkil ediləcək. Bu turnir də çox yaxşı keçir. İdmançılarımız uğurlu çııxş edir. İnanırıq ki, daha yaxşı nəticələr qazanacağıq. Ölkəmizi nüfuzlu yarışlarda təmsil etmək üçün var gücümüzlə çalışırıq".