Türkiyə Avropa çempionatına ev sahibliyi üçün namizəd oldu
İdman
11:15 17 noy, 2022
Türkiyə 2028-ci il və 2032-ci ildə keçiriləcək Avropa çempionatlarına namizədliyini irəli sürüb.
Qazet.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qardaş ölkə artıq Avropanın ali futbol qurumuna namizədlik sənədi göndərib.
Həmçinin namizəd ölkələr arasında İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels də var.
Avro-2028 və Avro-2032-yə ev sahibliyi etmək istəyən ölkələrin namizədlik sənədi göndərməsi üçün son tarix 2023-cü il 12 aprel olaraq müəyyənləşdirilib. Çempionatlara ev sahibliyi edəcək ölkələrin adları isə gələn ilin payızında açıqlanacaq.