Bakı 22˚C Sunny

Türkiyə-Azərbaycan “Qardaş briqada” hərbi təlimləri davam edir - FOTO

Gündəm 15:20 14 sen, 2021

Türkiyədə olan Azərbaycan hərbiçilərinin təlimləri davam edir

Türkiyə-Azərbaycan “Qardaş briqada” hərbi təlimləri davam edir - FOTO

Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş briqada” təlimləri davam edir.

Qazet.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

““Qardaş briqada” layihəsi çərçivəsində Türkiyədə olan Azərbaycan hərbçilərinin təlimləri Çanaqqaladakı 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında davam edir”, - deyə qeyd olunub.