Bakı 5˚C Mostly cloudy

Türkiyə Azərbaycanda səhiyyənin inkişafına kömək edə bilər

Cəmiyyət 15:59 15 noy, 2021

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda tədbirin prezidenti Erol Yarar deyib

Türkiyə Azərbaycanda səhiyyənin inkişafına kömək edə bilər

“Türkiyənin səhiyyə sahəsində təcrübəsini Azərbaycanın səhiyyə sisteminə inteqrasiya etmək niyyətindəyik”.

Qazet.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF), tədbirin prezidenti Erol Yarar deyib.

“Azərbaycan səhiyyəsinə investisiya yatırmaqla onu dünyanın ən inkişaf etmiş səhiyyələrindən biri kimi təqdim edə bilərik”, - o qeyd edib.