Bakı 23˚C Mostly cloudy

Türkiyə bazasına raket hücumu olub

Gündəm 18:33 19 noy, 2021

Türkiyə rəsmiləri hadisəyə hələ münasibət bildirməyib

Türkiyə bazasına raket hücumu olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.

Qazet.az ərəb mediasına istinadən xəbər verir ki, sözügedən hadisə bugün günorta saatlarında baş verib.

Türkiyə Silahlı Qüvvələrinin Nineva əyalətində yerləşən Zilekan hərbi bazasına üç raket atılıb.

Raketlərdən biri səhvən Deyrmar kəndinə düşüb. Hər hansı bir tələfat olmayıb.

İraq mənbələri bu hadisədən bir neçə saat öncə Mosul şəhərində bir neçə partlayışın baş verdiyini bildirib.