Bakı 18˚C Hazy sunshine

Türkiyə bu ölkədə daha iki baza quracaq

Gündəm 21:22 23 okt, 2022
Türkiyə bu ölkədə daha iki baza quracaq

Türkiyə Suriyanın şimalında – Aleppo və İdlibdə daha iki hərbi baza qurmağı planlaşdırır.

Qazet.az xəbər verir ki, bu barədə “Mehr” Suriya hərbi dairələrindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, hərbi bazalar Deyr-Balut və Əl-Qəzavi nəzarət-buraxılış məntəqələri yaxınlığında olacaq. Bu nəzarət-buraxılış məntəqələri Alepponun şimal ərazisi ilə İdlib əyalətini birləşdirir. Hələlik tikinti başlamayıb.

Qeyd edilir ki, son 10 gündə “Ən-Nüsrə” terrorçuları ilə Türkiyənin dəstəklədiyi “Üçüncü legion” arasında toqquşmalar artıb. 

Türkiyənin dəstəklədiyi qüvvələr hazırda Cerablus, Afrin, Əl-Baba və Azezə nəzarət edir.