Bakı 33˚C Partly sunny

Türkiyə bu təşkilata qoşulmağa hazırlaşır - İddia

Gündəm 16:52 14 iyl, 2022

 “İzvestiya” qəzeti məlumat yayıb

Türkiyə bu təşkilata qoşulmağa hazırlaşır - İddia

BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatına daha beş dövlət qoşula bilər.

Qazet.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumata görə, qrupa Argentina və İrandan başqa Səudiyyə Ərəbistanı, Türkiyə və Misir də qoşula bilər.

“Bütün bu ölkələr üzv olmaqda maraqlı olduqlarını nümayiş etdiriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qəbul edilir, bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, - BRİKS Beynəlxalq Forumunun prezidenti Purnimu Anand məlumatı təsdiqləyib.



Qaynaq