Türkiyə buna görə G20-də ilk beşlikdədir - Ərdoğan
![Türkiyə buna görə G20-də ilk beşlikdədir - Ərdoğan](https://qazet.az/resized/fit900x500/center/pages/127547/erdogan-0.jpg)
Türkiyə ÜDM artımına görə G20 liderləri arasında ilk beşliyə daxildir.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Prezident qeyd edib ki, Türkiyə iqtisadiyyatı 2022-ci ildə rekord artım əldə edəcək:
"Bu, ölkəmizin güclənməsinin göstəricisidir. Əminəm ki, 2022-ci ildə iqtisadi artım rekord həddə çatacaq və ölkə 2023-cü ilə uğurla qədəm qoyacaq”.
Ərdoğan dünyada tənəzzülün davam etdiyi bir vaxtda Türkiyənin iqtisadi artımı davam etdirməsini xüsusilə əhəmiyyətli adlandırıb.
O, Türkiyə iqtisadiyyatının 3,9% böyüdüyü bu ilin üçüncü rübünün statistikasına diqqət çəkib.
Xatırladaq ki, noyabrın 24-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini illik 9%-ə endirib. Bununla yanaşı, ölkənin Statistika İnstitutunun məlumatına görə, illik hesabatda inflyasiya oktyabrda sürətlənərək 85,51%-ə çatıb.