Türkiyə "Cumhuriyyət Günü"nü bayram edir
Türkiyə Respublikasının müstəqilliyinin elan edilməsindən 98 il ötür
24 iyun 1923-cü il Lozanna müqaviləsinin imzalanması ilə yeni türk dövlətinin müstəqilliyi qəbul edildi.
98 il əvvəl bu gün isə Türkiyə Böyük Millət Məclisi Osmanlı imperyasının ləğvini və Türkiyə Respublikasının yaradılışını elan edib. Türkiyə Republikasının ilk rəhbəri isə Mustafa Kamal Atatürk seçilib.
Uzun çəkən Qurtuluş savaşından sonra müstəqilliyinə qovuşan Türkiyə xalqı 29 oktyabr və 30 oktyabr tarixlərində müstəqilliyi bayram edib. 1925-ci il 2 fevralda bu günün “Cumhuriyyət Günü” kimi qeyd edilməsi qərarı verildi. 1925-ci ildən bəri 29 oktyabr rəsmi olaraq bayram kimi qeyd edilir.
Bu tarixə sadəcə Türkiyə sevinmir, qardaş ölkənin sevinci Azərbaycanda da eyni şəkildə qeyd edilir. Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi iki dövlət və xalq arasında uzun illərdir münasibətlərin səviyyəsini göstərir. Azərbaycanın haqq savaşında sonuna qədər qardaş dsətəyi göstərən Türkiyə bu gün də öz yardımını əksik etmir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ dünəndən etibarən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib.