Türkiyə dosta güvən, düşmənə qorxu verəcək - Ərdoğan
Türkiyənin 2023-cü il sınağından uğurla keçərək dosta güvən, düşmənə isə qorxu verəcək
Bu ölkəni yenidən yoxsulluğun, terrorun, zülmün pəncəsinə buraxmamaq, millətimizin boynunu əydirməmək üçün biz birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı möhkəm qucaqlayacağıq.
Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Türkiyənin 2023-cü il sınağından uğurla keçərək dosta güvən, düşmənə isə qorxu verəcəyini vurğulayıb:
"Ölkəmizi və bölgə xalqını PKK-nın hücumundan xilas etdik, inşallah, bu təşkilatın kuklası olan HDP-nin siyasi hücumundan da xilas edəcəyik. Ətrafımızda qurulmuş qanlı dəzgahın arxasındakı xain niyyətləri daha yaxşı görürük. Biz bilirik ki, keçmişdə İraqda, bu yaxınlarda Əfqanıstanda, indi də Suriyada baş verən dağıntılar dövlətimizin bütövlüyünün və gücünün, millətimizin birliyinin və uzaqgörənliyinin nə qədər vacib olduğunu dönə-dönə xatırladır".