Bakı 31˚C Sunny

Türkiyə futbolunda görünməmiş hadisə:  41 yaşlı hücumçunu...

İdman 00:27 12 iyl, 2022

2019-cu ildə futbolla vidalaşan futbolçunun komandaya çağırılmasına səbəb “Altay” klubuna transfer qadağasının qoyulmasıdır. 

Türkiyə futbolunda görünməmiş hadisə:  41 yaşlı hücumçunu...

Türkiyənin futbol üzrə 2-ci liqasında maraqlı hadisə qeydə alınıb. 

Qazet.az xəbər verir ki, “Altay” klubu 41 yaşlı keçmiş hücumçusu Murat Uluçu yenidən komandaya cəlb edib. 2019-cu ildə futbolla vidalaşan futbolçunun komandaya çağırılmasına səbəb “Altay” klubuna transfer qadağasının qoyulmasıdır. 

Üstəlik “Altay”ın hücumçuları da klubu tərk edib. Hazırda klubda 1 hücumçu var. Alternativ hücumçusu olmayan klub 41 yaşlı futbolçu ilə problemi aradan qaldırmağa çalışır. 

Bildirilir ki, Murat Uluç artıq məşqlərə başlayıb. Onun məşqlərdə nümayiş etdirdiyi oyun təqdir edilib. (metbuat.az)