Türkiyə hərbi sənayesi səmaları hədəflədi - Pilotsuz döyüş təyyarəsi
Gündəm
16:45 22 sen, 2021
Türkiyə hərbi sənayedə daha bir ilkə imza atacaq
“İnşallah, 2022-ci ildə “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu keçirəcək”.
Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.
“2023-cü ilə qədər pilotsuz döyüş təyyarəsi ilə bağlı layihəni reallaşdırmağı hədəfləyirik”, - deyə S. Bayraktar vurğulayıb.
O, Azərbaycanın “Tək Vətən Hərəkatı”nda istifadə edilən “Bayraktar TB2”-lərin müharibənin doktrinasını dəyişdirdiyini də xatırladıb.